Braziliya karnavalı - Braziliyada Pasxadan qırx gün əvvəl və Böyük Orucun başlancığını qeyd edən illik festival. Minlərlə insan parada rəngli geyimlərlə çıxır. Şouya yüz minlərlə turist gəlir. Braziliyanın karnavalı Rio-de-Janeyroda başlayır və 5 gün davam edir. Möhtəşəm karnavaldan dərhal sonra Braziliyada Böyük pəhriz başlayır.
Bunu da qeyd etmək lazımdır ki, Braziliya dünyada baş alıb gedən koronovirus epidemiyasına görə illik karnavalı təxirə salmayıb, əksinə budəfəki karnaval gələnlərin sayına rekord vurub.
AZƏRTAC Braziliya Turizm Nazirliyinin məlumatına istinadla xəbər verir ki, karnaval günlərində Pernambuku, Baiya ştatları 22,1 milyon qonaq qəbul eliyib. Bu da indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Otellərdə nömrələrin orta hesabla 98 faizi tutulub.