Maldiv adaları əsl cənnət məkanıdır

Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Ölkəyə özünlə bərabər spirtli içki, donuz əti gətirmək qadağandır və cəzası böyükdür. Turistlər içkini ancaq restoran , kafe və otellərdə içə bilərlər. 
Tropik iqlimi olan adada hava musson yağışlarının təsiri ilə noyabrdan martadək quru, iyundan avqustadək isə yağışlı keçir. Havanın temperaturu +25-30, suyun temperaturu isə +25-33 dərəcə arasında dəyişir. 
Maldiv adaları əsrarəngiz sualtı dünyası ilə məşhurdur. Üzməyi bacaran turistlər ekzotik dəniz cəngəlliyinə səyahət edib, müxtəlif növ ekvatorial canlı heyvanları görə bilərlər. Balıq tutmağı sevənlər üçün Maldiv əsl cənnətməkanıdır.
Maldiv xörəkləri ərəb və hind mətbəxinin qarışığından ibarətdir.
Bir neçə söz Hind okeanı haqqında. Burada su o qədər təmizdir ki, adama elə gəlir ki hovuzdadır. Bir turist elədə dedi - “natural pool”. Doğrudan da, suyun şəffaflığı və şəfgətliyi o dərəcədədir ki, adam quruya çıxmaq istəmir.
Ezamiyyət götürün və Maldiv adalarına tələsin! NK Travel zəruri köməkliyi Sizə göstərəcək.
Maldiv adalarında turistlərin qəbulu üçün yeni qaydalar hazırlanıb.
İyun ayında Maldiv adaları kommersiya uçuşlarını qəbul etməyə başlayır. Həmin dövrdə adalara səyahət edəcək turistlər  COVİD-19 testindən keçiriləcək.
Turistlər yalnız yeni tipli xüsusi kurort lisenziyası olan hotellərdə istirahət edə biləcəklər. Transfer zamanı bütün sərnişinlər maska taxmalı və uçuş zamanı bir metr məsafəni gözləməlidilər. 
Azərbaycan Respublikasının vətəndaşları üçün viza 30 gün müddət ərzində tələb edilmir.

Otel rezervasiyaları

Dünyanin hər yerində komfortlu istirahət