Dubay və Abu-Dabi turistlər və tranzit sərnişinlər üçün yeni prosedurlar təqdim etdi.

Avqustun əvvəlindən Dubay və Abu-Dabi turistləri və tranzit sərnişinləri üçün giriş tələblərini yeniləyib. Qaydalara uyğun olaraq COVİD-19 testləri Dubaya gələn və Dubaydan gedən bütün səyahətçilər üçün tələb olunacaq. Üstəlik Dubaydan Аvropa Birliyinə və Böyük Britaniyaya uçan turistlərdə həmçinin COVİD-19 mənfi sertifikatı olmalıdır.
Yerli mediaya istinadən xəbər verir ki, avqustun 1-dən 2020-ci ildən sərnişinlərə bütün uçuşlarda aşağıdakı şərtlərə əməl etmək tövsiyə olunur:
- Bütün vətandaşlar, sakinlər, turistlər və tranzit sərnişinlər aeroporta gəlməmişdən qabaq COVİD-19 mənfi sertifikat mütləq əldə etməlidirlər.
- Bütün sərnişinlər, vətəndaşlar, sakinlər və turistlər daxil olmaqla aeroportdan Avropa Birliyinə və Birləşmiş Krallığına uşmamışdan əvvəl COVİD-19 mənfi sertifikatı əldə etməlidirlər.
- 12 yaşdan kiçik və əlil uşaqlar test tələblərindən azaddırlar.
- COVİD-19 mənfi sertifikatları 96 saat ərzində etibarlı olacaq.
- Bəzi sərnişinlər Dubaya gəldikdən sonra aeroportda bir daha testdən keçməlidirlər. Bundan əlavə bütün turistlər tranzit sərnişinlər daxil olmaqla sağlamlıq haqqında bəyyannamə doldurmalıdırlar və onu yoxlanışda olan heyətə təqdim eleməlidirlər.
Eyni vəziyyət Abu-Dabi əmirliyindədir: Abu-Dabiya gələn və tranzit turistlər COVİD-19 mənfi sertifikatı təqdim etməlidirlər. Abu-Dabiya gəlməmişdən qabaq 96 saat ərzində test verilməlidir.