Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb

Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb və ölkəyə giriş rejimini sadələşdirib.
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti 19 mart tarixindən Bakı-Tbilisi-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlıyıb. Biletləri artıq NK Travel-dən əldə etmək mümkündür. 
Bakı-Tbilisi istiqaməti üzrə reysin sərnişinləri koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar(ingilis dilində). Tbilisidə 3-cü gün mütləq PCR test verilməlidir. 
Tbilisi-Bakı istiqaməti üzrə reysin sərnişinləri Synevo laboratoriyasının filiallarından birində koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar və ya QR-kod qeyd olunan COVİD-19-a dair PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər. 
Bundan əlavə, Gürcüstana səyahət edən əcnəbi sərnişinlər uçuşdan öncə https://bit.ly/3cJ5bzP saytında onlayn müraciət formasını doldurmalıdırlar. Forma dolduruluqdan sonra sərnişinə təsdiq kodu veriləcək. Həmin kod hava limanında uçuşa qeydiyyat zamanı təqdim edilməlidir. 
Sizə bol səyahətlər arzu edirik və tur bölməmizdə Tbilisiyə tur paketmizi əldə etmək təklif edirik. 
Gürcüstanın hər yeri gözəldir lakin bu ölkəyə ilk dəfədir gəlirsiniszə, ziyarətinizi mütləq paytaxtdan başlamalısınız.