Bali ekzotik ada

Bali nəinki İndoneziyanın, eləcə də bütün dünyanın ən ekzotik adalarından biri sayılır. Bu ada turistlərin istirahət üçün ən çox üz tutduqları məkandır. 
İndoneziya müsəlman ölkəsi olmasına baxmayaraq, Bali adasının 90% hinduizmə sitayiş edir. Bali tropik adadır, ilin bütün aylarında temperatur 25-35 dərəcə arasında dəyişir.
Hər tərəfdən Hind okeanı ilə əhatə olunan Bali adası dörd əsas bölgədən ibarətdir. Bunlardan üçü paytaxt Denpasarda yerləşən Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bir bölgənin ayrı-ayrılıqda görməli yerləri var.
Bali öz tarixi yerləri, ekzotik məbədləri, füsunkar təbiəti, qonaqpərvərliyi, qədim mədəniyyəti və gözoxşayan çimərlikləri ilə məşhurdur. Bali, həmçinin insana rahatlıq verən musiqiləri, yerli rəqsləri, sənət və ritualları ilə məşhur olan xəyallar adasıdır.
Balidə macərasevərlər üçün raftinq, sörfinq, paraşütlə tullanma, eləcə də digər əyləncə növləri də var. Burada dəniz məhsullarının üstünlük təşkil etdiyi bir çox restoranlar, barlar, spa mərkəzləri və rəngarəng gecə klubları fəaliyyət göstərir. Bu qeyri-adi yerdə bal ayınızı yaşayın, unutmayacağınız xatirələri yaradın və NK Travel mütəxəssislərinə müraciet edin!
Bali qubernatoru ada sərhədlərini rəsmi olaraq 11 sentyabr 2020-ci ildə xarici turistlər üçün açılacağını elan edib.
Viza 30 gün müddət ərzində tələb edilmir.
Tur paket barədə məlumat almaq üçün bizimlə əlaqə saxlıyın.

Aviabilet

Dünyanın bütün istiqamətinə aviabiletlər ən sərfəli qiymətə!