Türkiyənin əsas mədəniyyət, tarix və təbiət turizmi mərkəzlərindən biri sayılan Kappadokiya avqust ayınin 22-dən etibarən hava şarlarında uçuşları bərpa edəcək. Bölgədə fəaliyyət göstərən 27 şirkətin hər birinə 1 hava şarında uçuşları həyata keçirməyə icazə verilib. Turistlər sosial məsafə qaydalarına əməl etməli, qoruyucu geyim və maskalardan istifadə etməlidirlər. Hava şarına minməzdən əvvəl isə hər bir turistin hərarəti ölçüləcək və yalnız bundan sonra uçuşa icazə veriləcək. COVİD-19-a yoluxma sayında artım müşahidə edilməcəyi təqdirdə, gələcək aylarda hava şarlarının sayının artırılaçağı gözlənilir.
Qeyd edək ki, Kappadokiya UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kappadokiya təbiətinin, o cümlədən Pəribacaları vadisinin gözəllikləri, qayalarda yonulmuş evlər, hava şarlarında uçuşlar dünyanın hər yerindən turistləri bu regiona cəlb edir. Burada qonaqlar üçün piyada ekskursiyalar, at və dəvə belində, habelə kvadrosikllərdə gəzintilər də təşkil edilir.